Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycan tarixinin, bərpa olunmuş müstəqilliyimizin yeni tarixi bir dövrü başlandı

0

  •             15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün yaddaşlardan silinməyən
    tarixi bir hadisədir. Bu qurtuluş dünya tarixində özünün uzaqgörən siyasəti, dərin
    zəkası, müdrikliyi ilə seçilən ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə
    qayıdışı ilə baş vermişdir. Tarixi keçmişə nəzər salsaq görərik ki, Azərbaycan
    xalqının başı tarixən çox bəlalar çəkmiş və mənfur düşmənlərimiz müqəddəs
    torpaqlarımızı ələ keçirmək üçün bütün vasitələrdən istifadə etmişlər.          Hələ sovetlər dövründə Azərbaycan
    Zaqafqaziya respulikaları arasında inkişaf səviyyəsinə görə ən geridə qalmış
    respublikalardan biri hesab olunurdu. 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən
    sonra ölkəmiz   inkişaf və quruculuq işlərinə,
    iqtisadi və mədəni göstəricilərinə görə digər ölkələri geridə qoydu. Ümummilli
    liderimiz Heydər Əliyevin apardığı bu uğurlu siyasət ermənilərin mənfur hiylələrə
    əl atmasına  səbəb oldu. Bunun nəticəsində
    Heydər Əliyev öz vəzifəsindən uzaqlaşdırıldı. Nəticədə Heydər Əliyevin vəzifədən
    getməsi ermənilərin Qarabağ hərəkatına başlaması üçün əsas amillərdən birinə
    çevrilmişdi. Xalqımızın müstəqil yaşamasının əleyhinə olan daxildəki qüvvələr getdikcə
    daha da güclənirdi. Azərbaycan böyük təhlükə qarşısında idi. 1991-1993-cü illədə  torpaqlarımızın Ermənistan silahlı qüvvələri
    tərəfindən davamlı işğalı, ölkədə gərginləşən siyasi vəziyyət və özbaşınalıq nəticəsində
    Azərbaycan xalqının məhv olması təhlükəsi yaranmışdır. O zaman Azərbaycanın
    güclü bir liderə ehtiyacı var idi. Xalq başa düşdü ki, belə çətin və ağır vəziyyətdən
    dövlətimizi ancaq Heydər Əliyev kimi müdrik, qətiyyətli bir şəxs çıxara bilər. Xalqın
    tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycan tarixinin,
    bərpa olunmuş müstəqilliyimizin yeni tarixi bir dövrü başlandı. Beləliklə, Heydər
    Əliyev 1993-cü ilin iyun  ayının 15-də Milli
    Məclisin sessiyasında Ali Sovetin sədri seçildi. Azərbaycan tarixində yeni bir
    dövrün başlanğıcı olan həmin gün Milli Məclis tərəfindən 1997-ci ildə Milli
    Qurtuluş Günü elan olundu. Məhz bu tarixdən sonra ölkəmizdə baş alıb gedən
    özbaşınalıq, soyğunçuluq və talançılıq dayandırıldı, cinayətkarlar məsuliyyətə
    cəlb edildi, hüquqi dövlətin əsası qoyuldu. Bütün bunlar bir daha onu göstərir
    ki, Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın xoşbəxt
    gələcəyi naminə hər zaman çalışmışdır. Bugünkü sabitliyin, demokratiya sahəsində
    əldə olunan nailiyyətlərin demək olar ki, hər biri məhz Heydər Əliyevin adı ilə
    bağlıdır. Müdrik Öndərimizin qurduğu müstəqil Azərbaycan bu gün də yaşayır,
    inkişaf edir və çiçəklənir. Heydər Əliyev siyasi  kursunun davamçısı möhtərəm Prezidentimiz
    İlham Əliyev də bu siyasəti layiqincə davam etdirir. Onun hərb, hüquq, təhsil və
    digər sahələrdə həyata keçirdiyi siyasət Heydər Əliyev ideyalarının parlaq təzahürüdür. 

               Türkan
    Hümbətova, Xocalı
    rayonundan məcburi köçkün

     
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib51 dəfə
    Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycan tarixinin bərpa olunmuş müstəqilliyimizin yeni tarixi bir dövrü başlandı

    Maraqlı gələ bilər
    100
    60